İlhamə Röyanın briliyant hədiyyəsindən danışdı

Hazırda oxunan: İlhamə Röyanın briliyant hədiyyəsindən danışdı

34151

Xalq artisti İlhamə Quliyeva sənətçi Röyanın Zamiqin konsertində ona hədiyyə etdiyi brilyant üzükdən bəhs edib. Moderator.az-ın  ANS PRESS-ə istinadən verdiyi məlumata görə, primadonna yerli telekanallardan birində yayımlanan verilişdə verdiyi açıqlamasında, bu cür hədiyyələrlə onun sevgisini qazanmağın mümkün olmadığını qeyd edib:

“Mənə özünü hədiyyə ilə sevdirmək olmaz. Bu cür sürprizlərə öyrəşmişəm. Məni hörmətlə, layiqli münasibətlə təəccübləndirmək mümkündür. Röya mənə diqqət göstərir, hörmət edir. Bu da xoşuma gəlir, onu çox istəyirəm".

Qeyd edək ki,İlhamə xanım ötən günlərdə Röyanın ifasını çox bəyəndiyini və dinlədiyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin