Çağdaş Azərbaycan mədəniyyətində ifa tərzi, mövzusu və mövzulara yanaşma aspekti ilə fərqlənən “Savalan”x9d qrupunun fəaliyyəti hər zaman maraqla izlənilib. Adətən, irfani musiqiləri, dərvişvari ifalar səsləndirən qrup Azərbaycan mədəniyyətində yeni yanaşma ortaya qoydu.xa0
Qrupun bədii rəhbəri və solisti Novruz Novruzlu Moderator.az-a açıqlamasında həm son görülən isşlərindən, həm də xa0gələcək planlarından danışıb:
“Son olaraq, mayda Sabir Rüstəmxanlının Türkiyənin Böyükşəhər bələdiyyəsi tərəfindən keçirilən 70 illik yubileyində xa0 onun şeirlərindən ibarət 45 dəqiqəlik repertuarla çıxış etdik.xa0
Oktyabrın 15-də isə Türkiyənin Türkan Saylan adına mədəniyyət mərkəzində Xətai ilə bağlı möhtəşəm xa0konsertimiz oldu. Türkiyənin möhtəşəm “Albayraq qardaşları”x9d adlı qrupu ilə birgə konsert verdik. İndi qismət olsa, aprel ayında tam fərqli repertuarla gözəl bir konsert vermək niyyətimiz var”x9d.xa0
Elmin Nuri






































































































