“Eco Element MMC” şirkəti İsrail-Azərbaycan Ticarət və Sənayə Palatasına (IACCI) üzv qəbul edilib.
Bizim.Media xəbər verir ki, IACCI-nin “Linkedin” hesabında məlumat verilib.
“İsrail-Azərbaycan Ticarət və Sənayə Palatası olaraq (IACCI) olaraq “Eco Element MMC” şirkətini rəsmi olaraq üzvlərimiz sırasında məmnuniyyətlə salamlayırıq. “Eco Element” Azərbaycanda ekoloji xidmətlər, tullantıların idarə olunması, təkrar emal və dairəvi iqtisadiyyat sahələrində fəaliyyət göstərir.
İnanırıq ki, onların təcrübəsi və praktik yanaşması IACCI şəbəkəsinə dəyər qatacaq və xüsusilə dayanıqlılıq, resurs səmərəliliyi və yaşıl biznes əməkdaşlığı istiqamətində İsrail–Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcək”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Eco Element MMC Azərbaycanda sənaye tullantılarının idarə olunması və təkrar emal sahəsində fəaliyyət göstərən yerli ekoloji xidmət şirkətidir.
Şirkət sənaye müəssisələri üçün tullantıların toplanması, daşınması, emalı və utilizasiyası üzrə xidmətlər göstərir.
Eco Element-in fəaliyyəti əsasən sənaye tullantılarının təhlükəsiz idarə olunması, istifadə olunmuş sənaye yağlarının toplanması və emala yönləndirilməsi, neftlə çirklənmiş suların təmizlənməsi, torpaq remediya işləri və müxtəlif tullantı növlərinin təkrar emalı istiqamətlərini əhatə edir. Şirkət tullantıların sadəcə utilizasiyasını deyil, onların mümkün olduğu hallarda yenidən iqtisadi dövriyyəyə qaytarılmasını və resurs kimi istifadəsini təşviq edir. Eco Element sənaye müəssisələri ilə əməkdaşlıq edərək ekoloji təhlükəsizliyin artırılmasına və dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqinə töhfə verməyi qarşısına məqsəd qoyub.

Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:48 / 14.05.2026
İsrail-Azərbaycan Ticarət və Sənayə Palatasından “Eco Element MMC” ilə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: İsrail-Azərbaycan Ticarət və Sənayə Palatasından “Eco Element MMC” ilə bağlı PAYLAŞIM - FOTO
Hazırda oxunan: İsrail-Azərbaycan Ticarət və Sənayə Palatasından “Eco Element MMC” ilə bağlı PAYLAŞIM - FOTO
613147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































