Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

Hazırda oxunan: Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

613124

Metronun “20 Yanvar” stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqəndirən 191 nömrəli marşrut avtobusları yenilənir.

Bu barədə Bizim.Media-dan AYNA-dan məlumat verilib.

Bildirilir ki, mayın 15-dən 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir.

Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “İsuzu HC45” markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin