Sürücülərin NƏZƏRİNƏ – Tbilisi prospektində YENİLİK – FOTO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Tbilisi prospektində YENİLİK – FOTO

613150

Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və yenilənmiş svetoforlar istifadəyə verilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar artıq istifadəyə verilib.

Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkət növbəliliyi və piyadaların təhlükəsiz keçidi təmin olunub.

Qeyd edilib ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin