“Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
“Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahat prosesi zamanı xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin edilməlidir. Azərbaycan çoxtərəfliliyin əsas dəstəkçisidir, lakin təəssüf ki, biz çoxtərəfliliyin və çoxtərəfli institutların iflic vəziyyətini görürük. Qlobal Cənub ölkələri isə bu institutların gücləndirilməsinə effektiv şəkildə töhfə verməyə davam edəcək”, - deyə Hikmət Hacıyev əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:54 / 14.05.2026
Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir”
Hazırda oxunan: Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir”
Hazırda oxunan: Hikmət Hacıyev: “BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir”
613061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































