Bu yaxınlarda Rusiyanın Həştərxan vilayətinin Voljskoye kənd məscidin imamı Farhat-Həzrət Kenjəliyevxa0 vilayətin Nərimanov şəhərindəki 1 nömrəli məktəbə növbəti xeyriyyə tədbiri ilə baş çəkib.xa0
Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, hər il həmin məktəb üçün müxtəlif xeyriyyə aksiyaları təşkil edən din xadimi bu dəfə aztəminatlı ailələrdən olan şagirdlərə hədiyyələrxa0 gətirib.xa0

Xeyirxahlığıyla digərlərinə nümunə olan molla məktəblilərə cansağlığı vəxa0 dərslərində uğurlar diləyib.xa0
İmam hesab edir ki, belə aksiyalarxa0 şagirdlərə uğurlu təhsil almaları üçün əlavə maddi stimul verməklə yanaşı, gənc nəslin müsəlman mənəvi dəyərlərinə marağının artmasına da kömək edir.
Sultan Laçın


































































































