Yalnız Azərbaycan və Türkiyədə bir qrup insanın bildiyi, dünyada analoqu olmayan GÖY PENDİR

Hazırda oxunan: Yalnız Azərbaycan və Türkiyədə bir qrup insanın bildiyi, dünyada analoqu olmayan GÖY PENDİR

209597
Bu gün pendir sahəsində hegemonluq edən hollandların belə heyrət aparacağı pendir növü var ki, dünyada yalnız iki qardaş ölkədə-Türkiyə və Azərbaycanda hazırlanır. Təbii ki, Moderator.az-ın bu yazıda haqqında dnaışacağı pendir Türkiyə və Azərbaycana da bütünlüklə tanış deyil. Türkiyənin bir-iki vilayəti, Azərbaycanın isə yalnız bir ovuc insanı bundan xəbərdardır.xa0

Bunun adı çeçil-tel-tel pendiridir. Köhnə tərəkəmələr ona çil-çil pendir də deyərmişlər.xa0 Yəni, üzərinə xal düşən, göyərən. Göyərmiş pendirin ayrı dadı var. “yovşan ətrini bilməyən qıpçaqdan bir şey anlamaz” məsəli var,xa0 elə çobanlıq, tərəkəməxa0 dünyasından xəbərsizxa0 bir adam da göyərmiş pendirin dadını bilməz.xa0

Tel-telxa0 burulub hörülmüş saça bənzəyən pendirdir. Üzlü pendirlərdən fərqli yeganə pendirdir ki, süd bişmədən hasil olmaz.xa0 Bunu ancaq Anadolunun Qars və Ərzrumluları, bir də Qafqazın Ağbaba-Amasiyalıları bacarır. Saxlamaq üçünsə motaldan istifadə edir. Aşıq Ələsgər “axtarma motal” deyəndə bunu nəzərdə tuturdu. Axtarılmış, yəni çevrilmiş dəri. Tüklü üzü deyil, dəri hissəsi.xa0
Qeyd edək ki, əsl tərəkəmə mətbəxinin məhsulu olan və dünyaın cəmi iki ölkəsində hazırlanan pendir ilk baxışdan hamının bildiyi saçaqlı pendirə bənzəyir. Lakin çeçil göy pendirlə bu gün Almaniya, Avstriya, Hollandiya kimi ölkələrdə çox istifadə edilən, əsas pivə sənayesində özünəməxsus yer tutan saçaqlı pendir arasında xeyli fərqlər var.xa0 Çeçil Türkiyənin ancaq Qars, Ərzurum,xa0 Ərdəhan və Iğdır bölgələrində hazırlanır. Südünn yağı arındıqdan sonra ondan bu pendiri hazırlamaq üçün istifadə olunur. Ona görə də tel-tel formasında olan çeçil yağsız və duzludur. Bu da əsl tərəkəmə adətlərinə uyğun olaraq, onun uzun müddətli saxlanması üçün nəzərdə tutulub. Bir yerdən başqa yerə köç edən tərəkəmələr məhsulun xarab olmaması üçün onu bu cür qoruyurdular. Azərbaycanda isə yalnız Ağbaba-Şörəyel tərəkəmələri göy pendir hazırlamağın ustadı olublar.
Çeçil göy pendiri təkcə rəngi, hazırlanma qaydasına görə yox, elə tərkibinə, faydalarına görə də tanıdığımız bütün pendir növlərindən fərqlənir. Onun tərkibində sodium maddəsi başqalarına nisbətdə xeyli çoxdur. Tərəkəmələr mədə rahatsızlığından əziyyət çəkəndə, mədə-bağırsaq sistemlərdində nəsə problem olanda çeçildən dərman kimi faydalanıblar. Çeçildə insan orqanizmi üçün zərərli olan xolestirin və ifrat karbohidratlar yoxdu. Buna görə də, yeyildikdə orqanizmidə ağırlıq yaratmır, mədə-bağırsaq sisteminə qətiyyən mənfi təsir etmir. Üstəlik tərkibindəkalsuimun miqdarı çox olduğundan sümükləri və dişləri də mühafizə edir.

Emin Nuri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin