İnfarktı öncədən bildirən geyimlər hazırlandı Âxa0- FOTOLAR+Video

Hazırda oxunan: İnfarktı öncədən bildirən geyimlər hazırlandı Âxa0- FOTOLAR+Video

190863

Əzra və Tuba Çətin bacıları dərziliklə məşğul olan ata-ananın qızlarıdır. Parça və biçimlərin arasında böyüyən bacılar 2006-cı ildə güclərini birləşdirib bir dərzi firması açırlar.xa0

2012-ci ildə analarının keçirdiyi ürək infarktından sonra bu iki qadın parça ilə elmi birləşdirərək "ürək infarktını öncədən xəbər verən qolsuz köynək" istehsalına başlayırlar.

1975-ci il təvəllüdlü Ezra Çətin Bilkənt Universitetində Qrafik Dizayn oxuduqdan sonra Mərmərə Universitetində rəsm təhsili alıb.

Bir yaş kiçik bacısı Tuba Çətin isə Bilkənd Universitetinin Vizual Dizayn bölümündən məzun olduqdan sonra Yeditepe Universitetində Tekstil Dizaynı ixtisasını oxuyub.



Hazırda ürək infarktını əvvəlcədən xəbər verən cürbəcür geyimlər hazırlayan bacılar ixtiralarını belə nəql edirlər: "Anamız ürək infarktı keçirdi. Bu hadisə bizə bir təkan oldu. Və ilk olaraq qolsuz köynəklə başladıq. İçində kiçik və dizaynın içində yox olmuş bir holter olan bu qolsuz köynək sayəsində xəstə haqqında müntəzəm məlumat toplanacaq".

Moderator.az bildirir ki, hazırlanan geyimlər ilk olaraq Mumbai Fashion Tech-də sərgiyə çıxarılacaq.
xa0


Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin