Süni intellekt məsələsində qorxulu bir açıqlama da Putindən gəldi

Hazırda oxunan: Süni intellekt məsələsində qorxulu bir açıqlama da Putindən gəldi

190737

Süni zəkanın dəhşətli inkişafı üzərində fərqli məcralarda fikir liderlərindən bir-bir etiraflar gəlir. Rusiya prezidenti Vladmir Putin isə süni zəkanın gələcəkdə bütün bəşəriyyəti idarə edəcəyini söyləyib. Elon Musk isə eyni səbəbdən 3-cü dünya müharibəsinin baş verəcəyinə inanır.

Texnologiya həyatımızı asanlaşdırmaqda davam edərkən bizi gün keçdikcə daha az düşünən canlılar halına gətirir. Başda tibb elmi və robotlar, texnologiyalar olmaq üzrə hər nə qədər sevindirici hadisələr yaşasaq da, bu inkişafın qorxunc tərəfinin olduğunu da qəbul etmək lazımdır.

Bu məqamda Dünyadakı insanların böyük əksəriyyəti üzərində hakimiyyət qurmuş fikir liderlərinin fikirləri daha təsirlidir. Texnologiya dünyasının liderləri olan elm iadamları, dövlət rəhbərləri və siyasətçilərin hamısı süni zəka ilə bağlı ciddi xəbərdarlıqlar edirlər. Bunun səbəbi isə olduqca ironikdir.

Lider ölkələr arasındakı müharibə texnologiyaları və silahlanma yarışı gedir. Bunun üzərində elmi və texnoloji sahəsindəki yarışı da əlavə edə bilərik. Hər bir başlanğıcın başda diplomatik, sonra da xaotik üstünlük təmin etmək baxımından fərqli əhəmiyyəti var.

Moderator.az xarici mediaya istinadən bildirir ki, Rusiya prezidenti tələbələrlə görüşü zamanı gələcəyin süni zəkaya aid olduğunu deyib. Bunun başqa bir mənası isə Rusiyanın süni zəka və müasir texnologiyalarda ön planda yer almaq istəməsidir.xa0

Putin vəziyyəti yumşaltmaq məqsədilə sözügedən proseslərin dünyadan gizlədilməyəcəyini və inhisarlaşmayacağını müdafiə edib. Bunu da ölkəsinin bu vaxta qədər nüvə texnologiyalarını bütün dünya ilə “paylaşmasına”x9d əsaslandırıb.



Süni zəkanın inkişafı məsələsində digər bir qorxuducu açıqlama isə bu sahədə bəlkə də ən tutarlı addımları atan Elon Muskdan gəlib. Belə ki, özünün Neuralink adlı şirkəti başda olmaqla, bir çox süni intellekt şirkəti var. Musk süni zəka oyununda gün keçdikcə Çin və Rusiyadan başqa bütün dünya ölkələrinin lazımi işlər görəcəyini düşünür.xa0

Hər iki liderin xa0fərqli məcralarda olsa da fikirləri bir-birini dəstəkləyir. Ancaq yaranan fikir birliyinə dayaz bir aspektdən baxsaq, belə texnoloji inkişaflara qarşı bir an əvvəl məntiqli tədbirlər görmək lazım gəldiyi qənaətinə vararıq.


Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin