İntim xidmət göstərəcək danışan robortlar satışa çıxarılırÂxa0 - İNANILMAZ FOTOLAR

Hazırda oxunan: İntim xidmət göstərəcək danışan robortlar satışa çıxarılırÂxa0 - İNANILMAZ FOTOLAR

180437

"Harmony" yeni nəsil bir seks robotudur - hərəkət edə bilir və danışır. Başı, göz qapaqları və dodaqlarının hərəkətləri olduqca kobud, nitqi qabiliyyəti isə daha məhduddur. Amma bu robot süni zəkanın son dərəcə insana bənzəyən bir görünüşə qovuşmasını təmin edən robot texnikası inqilabının bir hissəsidir. Bəziləri bunun insanların robotlarla qarşılıqlı təsiri sahəsində bir inqilaba yol açacağını deyərkən bəziləri də bunu robotlar haqqında ən mənfi görüş kimi xarakterizə edir.xa0
xa0
"Böhranlı vadi" - deyə tanınan, robotlar və kuklaların insani görünüşə yaxınlaşmağa başlayarkən daha ürpətici hala gəldiyi nəzəriyyə ABŞ-ın Kaliforniya ştatındakı San Marcosda gerçəkləşib. Şirkətin binasının girişində belə iki insanabənzər müqəvva durur.xa0



Buradakı digər müqəvvaların əksinə, üzərilərində alt paltarları de paltarlar var. Lobbinin divarları isə gözəl qadınların fotoşəkilləri ilə doludur. Bunları ancaq yaxından baxdıqda fotoşəkillərin həqiqi insan deyil, seks manikenlərinin fotoları olduğunu anlayarsanız.

Realdoll adlı seks müqəvvası markasının sahibi Abyss Creations şirkətinin meneceri Matt Mcmullen robortlar haqqında seks oyuncağından daha çox üstün olduqlarını deyir. Robotların şəxsiyyəti ağıllı telefona yüklənən bir proqram vasitəsilə müəyyən olunur. Seks robotunu almasanız belə proqramı yükləyərək telefonunuzda süni bir şəxsiyyət yaradaraq onunla qarşılıqlı əlaqəyə keçə bilərsiniz.

Moderator.az inanılmaz robortların bəzi fotolarını təqdim edir:







Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin