Tanınmış müğənni, Rusiyanın Xalq artisti Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq məlumat yayıb.
Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkət tərəfindən Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə daxil edilən yanlış məlumatlar olub. Həmin müəssisələrdən biri olan "Filipp Kirkorov Korporeyşn" fəaliyyətini dayandırıb, geyim, ayaqqabı və digər malların satışı ilə məşğul olan "Fill fo yu" isə ünvanını düzgün göstərməyib.
Ümumilikdə, yeni şirkətlərin açılmasına qoyulan qadağa 18 sentyabr 2028-ci il tarixinədək qüvvədə olacaq. Analoji qadağa bir neçə il Kirkorovun stilisti kimi fəaliyyət göstərmiş "Fill fo yu" şirkətinin baş direktoru Arsen Ayrapetova da şamil edilib. Onun üçün bu məhdudiyyət 2027-ci ilin oktyabr ayının sonuna qədər davam edəcək.
Mövcud məlumatlara əsasən, ifaçı daha üç şirkətin sahibidir: onlardan biri ifaçılıq sənəti sahəsində fəaliyyət göstərir, digəri radioyayım işləri ilə məşğul olur, üçüncüsü isə yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir.
Qeyd edək ki, daha əvvəl Kirkorovun yarım milyon rubldan çox, 456 min rubl kommunal borcu yaranmışdı. O, ötən ildən bəri Moskvanın mərkəzində bir milyard rubldan çox dəyəri olan lüks mənzillərinin pulunu ödəməyib.
58 yaşlı sənətçinin Moskvanın mərkəzində ümumi dəyəri 1,3 milyard rubldan çox olan səkkiz mənzili var.
Bizim.Media




































































































