Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ

631738

Ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib.
 

Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sisteminə qoşularaq həftədə bir dəfə gəlib futbol oynayırlar. Həmin şəxs futbol oynayanlarla gəlib və oyunun qurtarmasına az qalmış meydana çıxıb, orada həyatını itirib.


Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi müvafiq araşdırmaların nəticəsindən sonra müəyyənləşəcək.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin