Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Hazırda oxunan: Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

624493

Bir müddət əvvəl qaraciyər transplantasiyası olunan türkiyəli aktyor Ufuk Özkan yenidən çəkiliş meydançalarına qayıtmağa hazırlaşdığını açıqlayıb.

Bizim.Media “Sabah” nəşrinə istinadən xəbər verir ki, aktyor səhhətinin yaxşı olduğunu və həkimlərin ona işləmək üçün icazə verdiyini bildirib.
 

“Səhhətim çox yaxşıdır. Son beş ay ərzində hər gün özümü daha yaxşı hiss edirəm. Həkimlər artıq işləyə biləcəyimi dedilər. Mən də işimin başına qayıtmaq istəyirəm”, – deyə Özkan qeyd edib.


Xatırladaq ki, 2023-cü ildən qaraciyər çatışmazlığından əziyyət çəkən aktyorun vəziyyəti ağırlaşdıqdan sonra donor tapılması üçün sosial şəbəkələrdə kampaniya aparılmışdı.

Bu ilin fevral ayında isə ona uğurla qaraciyər transplantasiyası əməliyyatı icra olunub.

Qeyd edək ki, Ufuk Özkan “Geniş Aile”, “Hayat Bazen Tatlıdır” və “Zengin Kız Fakir Oğlan” seriallarındakı rolları, eləcə də “Ben Bilmem, Eşim Bilir” televiziya proqramının aparıcısı kimi geniş tamaşaçı auditoriyasına tanışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin