Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses yenidən səhhətindəki problemlərlə əlaqədar Ankarada xəstəxanaya yerləşdirilib.
Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, ağır infeksiya səbəbindən xəstəxanada müalicə alan İbrahim Tatlıses xəstəlik dövründə uzun müddət hərəkətsiz qaldığı üçün fiziki müalicəyə başlayıb.
Belə ki, ötən ay keçirdiyi ağır infeksiya səbəbindən xəstəxanada müalicə olunan məşhur öd kisəsindən də əməliyyat olunmuşdu.
İbrahim Tatlıses uzun müddət hərəkətsiz uzandığı üçün Ankaradakı xəstəxanalarından birində fizioterapiya müalicəsi alacaq.
Tatlıses öz hesabından etdiyi açıqlamada xəstəxanaya niyə yatırıldığını belə izah edib:
"Son günlərdə səhhətimlə bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Allaha şükür, ümumi sağlamlıq vəziyyətim olduqca yaxşıdır".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
22:50 / 05.06.2026
İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi
617483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































