"Qəti balaca Səidəyə buna izin verməzdim" - Efirdə AĞLADI - VİDEO

Hazırda oxunan: "Qəti balaca Səidəyə buna izin verməzdim" - Efirdə AĞLADI - VİDEO

617444

Müğənni Səidə Dadaşova televiziya proqramında etdiyi səmimi etiraflarla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi uşaqlıq illəri ilə qarşılaşmaq imkanı olsaydı, özünə hansı məsləhətləri verəcəyindən danışarkən duyğularına hakim ola bilməyib.

O, həyat yolunda çox çətinliklərlə üzləşdiyini və bəzi hadisələrin onu dərindən incitdiyini bildirib.

Səidə Dadaşova qeyd edib ki, hazırda özünü layiq olduğu yerdə görmür. Müğənninin fikrincə, sənət adamı yalnız səsi ilə deyil, davranışı, nitqi, səhnə mədəniyyəti və ümumi nümunəvi xarakteri ilə də seçilməlidir.
 

O, indiki ağlı ilə uşaqlıq dövrünə qayıda bilsəydi, həyatını fərqli istiqamətdə quracağını etiraf edib. Müğənni bildirib ki, kiçik yaşlı Səidəyə başqa yol göstərər və onun daha sakit, huzurlu həyat yaşaması üçün çalışardı.


Sənətçi həmçinin sənət aləminin düşündüyü qədər asan olmadığını vurğulayaraq, yenidən seçim etmək imkanı olsa, özünü bu sahəyə yönləndirməyəcəyini deyib.

Səidə Dadaşovanın kövrək anları və səmimi etirafları proqram izləyicilərinin diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirə olunub. (milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin