Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO

Hazırda oxunan: Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO

617257

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, ifaçı son zamanlar bloqerlər arasında populyar olan formatdan istifadə edərək çantasının içindəkiləri izləyicilərinə göstərib. Videoda Fərmanqızının gündəlik istifadə etdiyi əşyalar yer alıb.
 

Paylaşım zamanı ifaçının bahalı ətiri və pul kisəsindəki iri məbləğdə nağd vəsait xüsusilə diqqət çəkib. Bu məqam sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub. Müğənni açıqlamasında cüzdanında çox pul olduqda özünü daha rahat və özgüvənli hiss etdiyini də etiraf edib.


Afət Fərmanqızının paylaşdığı görüntülər qısa müddətdə çoxsaylı baxış toplayıb. İzləyicilərin bir qismi sənətçinin səmimiliyini bəyənsə də, digərləri videoda nümayiş etdirilən əşyalar ətrafında fikirlərini bölüşüblər. Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirə mövzusuna çevrilib. (milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin