Azərbaycanlı iş adamı Rusiyada belə öldürüldü - VİDEO

Hazırda oxunan: Azərbaycanlı iş adamı Rusiyada belə öldürüldü - VİDEO

97769
Sentyabrın 26-da Volqoqrad şəhərində güllələnərək öldürülən 32 yaşlı azərbaycanlı biznesmen Zülfüqar Əsədovun ölüm anları idarə etdiyi maşının kamerasına düşüb.

Moderator.az modern.az-a istinadla xəbər verir ki, görüntülərdə killerin maşına yaxınlaşdığı və səsboğucu tapança ilə Zülfüqar Əsədova atəş açdığı qeydə alınıb.

Atəş nəticəsində maşının qabaq şüşələrinin çatladığı görülür, biznesmen Zülfüqar Əsədovun isə çığırdığı eşidilir.

Volqoqrad istintaqçıları 32 yaşlı Əsədovla birlikdə mühafizəçisinin də maşında olduğunu və hazırda onun xəstəxanada müalicə aldığını deyiblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin