“Mənim üçün onun fəaliyyəti qaranlıq dünyadır”x9d

Hazırda oxunan: “Mənim üçün onun fəaliyyəti qaranlıq dünyadır”x9d

72162

Bakı Ağır Cinayətlər Məhkəməsində “A.M.A.Y.”x9d ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə məhkəmə prosesi keçirilir. Sonuncu məhkəmə prosesində A.Abdullayev siyasi sifarişlə həbs edildiyini bəyan edib. O deyib ki, “Azərbaycanda ”x9dədalət" sözü gərək leksikondan çıxarılsın: “Biz niyə əziyyət çəkib, seçkiyə gedib deputat seçirik? 


Onsuz da bu ölkədə onların qəbul elədiyi qanuna baxan yoxdur. Hüquq-mühafizə orqanlarının yanaşmasından belə çıxır ki, Azərbaycanda, ümumiyyətlə, Milli Məclisə ehtiyac yoxdur...”x9d

Maraqldır, müxalif mövqeyə keçən siyasi partiyalar A.Abdullayevi müdafiə edirmi? 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı A.Abdullayevlə tanış olmadığını söylədi. Qeyd etdi ki, onun fəaliyyəti ilə tanış deyil: “Barəsində eşitmişəm. Onun biznesini haradan başladığı, hakimiyyətdə kimlərlə oturub-durduğu haqda məlumatsızam. ”x9dA.M.A.Y."ı qurmaq, bizim partiyanın ofisinin yanında o boyda binanı tikmək üçün hakimiyyətdə mütləq şəkildə dayaqlara malik olmaq lazımdır. Yəni mənim üçün onun fəaliyyəti qaranlıq dünyadır. Bu halda onun müdafiəsinə necə qalxa bilərəm?"


VHP sədri deyir ki, bir çox iş adamları, nazirlər, komitə sədrləri var ki, vəzifədə olarkən, işlərinin yaxşı getdiyi vaxtda sadə vətəndaşlara salam belə vermirlər: “O ki qaldı partiya sədrlərinə, funksionerlərinə, bizlərdən də uzaq gəzməyə çalışırlar. Pafos xətrinə deyək ki, Abdulla Abdullayevi müdafiə edəcəyik, yox. Müdafiə etməyimiz üçün məhkəmə istintaq sənədləri ortada olmalıdır, baxarıq, görərək ki, ona qarşı haqsızlıq var, müdafiə edə bilərik. Azərbaycanda məhkəmələrin necə aparılmasını hamımız ümumi şəkildə bilirik. Amma konkret olaraq əlimizdə material olmalıdır ki, biz haqqı müdafiə edə bilək. Biz kim haqlıdırsa, onu müdafiə etməliyik. Bu məsələdə bilmədiyimiz məqamlar olduğundan konkret qərar verə bilmərik”x9d. 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu mətbuatda dərc olunan yazılardan A.Abdullayevin məhkəməsini izlədiklərini söylədi: “Abdulla Abdullayev  hakimiyyətin dəstəkçilərindən olub. İndi isə qurbana çevrilib. Bütün hallarda qanun hamı üçündür. Abdulla Abdullayevlə bağlı hər hansı bir şərh vermək istəmirəm. Amma bu gün ölkədə bir barışa ehtiyac olduğunu da qeyd edirəm. İş adamıdır, borc öhdəliyi varsa, məsələ mülki qaydada həll edilməlidir”x9d.


X.Teyyublu bildirib ki, A.Abdullayevin vəkillərinin, yaxınlarının müraciətləri olacaqsa, müvafiq müzakirələr aparılacaq və qərar veriləcək. 


Ümid Partiyasının sədri İqbal Ağazadə A.Abdullayevin işi ilə tanış olmadığını deyib. Bildirib ki, yaxınlarının, vəkillərinin müraciətləri olacaqsa,  uyğun qərar veriləcək: “Özünün siyasi sifarişlə həbs edildiyini deyirsə belə, mən görmədiyim, bilmədiyim məsələ ilə bağlı necə deyə bilərəm ki, müdafiə edirəm? Gəlsinlər, sənədləri gətirsinlər, baxaq, qərar verək”x9d.  

Yada salaq ki, A.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, o birilər isə zamindədir.

musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin