Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.
MÖVZU İLƏ BAĞLI:
Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ
Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.
Bizim.Media































































































