“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

Hazırda oxunan: “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

625500

Son günlər bəzi sərnişinlər tərəfindən “Rome2Rio” platformasında Bakı–Tbilisi marşrutu üzrə göstərilən qatar biletlərinin qiymətləri ilə bağlı müraciətlər daxil olur.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Rome2Rio” platformasının ADY-nin rəsmi satış və ya tərəfdaş platforması olmadığı bildirilib.

“Həmin platformada Bakı–Tbilisi-Bakı marşrutu üzrə təklif olunan 9–19 ABŞ dolları məbləğində tariflər ADY tərəfindən təqdim edilməyib, razılaşdırılmayıb və real satış qiymətlərini əks etdirmir.
 

Platformada qeyd olunan tarif seçildikdə istifadəçi ADY-nin rəsmi internet səhifəsinə yönləndirilir. Lakin keçid zamanı həmin qiymətlə və göstərilən tarix üzrə biletin mövcud olmadığı aydın görünür. Bu da platformada təqdim edilən məlumatların ADY-nin faktiki satış sistemi ilə uyğunluq təşkil etmədiyini göstərir.


Bir daha diqqətə çatdırırıq ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletləri yalnız ADY-nin rəsmi satış kanalları vasitəsilə satışa çıxarılır. Bu marşrut üzrə ADY-dən daha ucuz və ya daha baha qiymət təklif edən hər hansı platforma rəsmi satış həyata keçirmir və həmin məlumatlar ADY-nin faktiki tariflərini əks etdirmir. Bu səbəbdən belə təkliflərə etibar etməməyinizi tövsiyə edirik”, - məlumatda vurğulanıb.

Həmçinin bildirilib ki, biletləri aşağıdakı rəsmi mənbələrdən əldə edə bilərsiniz:

- ADY-nin rəsmi internet saytı;

- ADY Mobile mobil tətbiqi; 

- Bakı, Gəncə və Tbilisi dəmiryol vağzallarının kassaları.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin