DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Hazırda oxunan: DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

625478

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin birinci yarımilində dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və Prezidentin aylıq təqaüdünü ödəyib.

Bu barədə Bizim.Media-ya DSMF-dən məlumat verilib.
 

Məlumata görə, onlardan 505 min nəfərə müavinət olaraq 634 milyon manat, 405 min nəfərə Prezident təqaüdü olaraq 407 milyon manat, 129 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 85 milyon manat ödəniş həyata keçirilib.


Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15 %, təqaüdlər üzrə 17 %, sosial sığorta hesabına müavinətlər üzrə 6 % çox olub.

Bu ilin 6 ayında daha 75 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 954 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin