Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Hazırda oxunan: Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

625499

Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ


Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Alıuşağı kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb.

İlkin versiyaya görə, həmin evin sakinləri və təamdan dadan qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi artıq araşdırmalara başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl – iyulun 12-də Gəncədə yas mərasimində səkkiz nəfər zəhərlənib. Dünən isə Gəncədə daha altı nəfər qidadan zəhərlənib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin