Samuxda qida zəhərlənməsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində baş verib.
10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir. Onların Gəncədə yerləşən tibb müəssisələrindən birində müalicə alırlar.
Xatirladaq ki, daha əvvəl – iyulun 12-də Gəncədə yas mərasimində səkkiz nəfər zəhərlənib. Dünən isə Gəncədə daha altı nəfər qidadan zəhərlənib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu































































































