İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Hazırda oxunan: İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

625565

Türkiyəli müğənni Oğuzhan Koçun sevgilisi ilə birlikdə Çeşmədə istirahət zamanı paylaşdığı foto sosial şəbəkələrdə gündəm olub.

Bizim.Media xəbər verir ki, sənətçinin fotoda diqqət çəkən qarın əzələləri izləyicilər arasında müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi Oğuzhan Koçun qarın əzələlərinin müntəzəm idmanın nəticəsi olduğunu düşünsə də, digərləri onun estetik əməliyyat etdirdiyini iddia ediblər.

İdman etmədən qarın əzələləri əldə etmək mümkündürmü?

Mütəxəssislərin sözlərinə görə, yalnız bir fotoşəkilə əsasən qəti fikir söyləmək mümkün deyil. Bununla belə, müasir plastik cərrahiyyədə "six-pack estetikası" adlandırılan prosedur vasitəsilə qarın nahiyəsində əzələlərin daha qabarıq görünməsini təmin etmək mümkündür.

Ekspertlər bildirirlər ki, əslində hər bir insanın qarın əzələləri var. Lakin onların görünməsi bədəndəki piy qatının səviyyəsindən asılıdır. Kişilərdə bədən piyinin təxminən 10 faizdən aşağı olduğu hallarda qarın əzələləri heç bir estetik müdaxilə olmadan da aydın görünə bilir.

Təkcə idman kifayət etmir

Həkimlər vurğulayırlar ki, qarın əzələlərinin görünməsi üçün təkcə idmanla məşğul olmaq yetərli deyil. Müntəzəm fiziki məşqlərlə yanaşı, düzgün və balanslı qidalanma, həmçinin bədəndəki piy faizinin azaldılması da vacib şərtlərdən biridir.

Liposaksiya kimi estetik prosedurlar isə yalnız sağlamlıq vəziyyəti buna imkan verdikdə və peşəkar həkim nəzarəti altında həyata keçirilməlidir.

Nəticə qalıcı olmaya bilər

Mütəxəssislər qeyd edirlər ki, estetik müdaxilə ilə əldə olunan görünüşün nə qədər qalıcı olacağı insanın sonrakı həyat tərzindən asılıdır. Əgər şəxs əməliyyatdan sonra yüksək kalorili qidalanmağa davam edər və fiziki aktivliyə laqeyd yanaşarsa, əldə olunan nəticə zamanla öz təsirini itirə bilər.

Ekspertlərin ümumi qənaətinə görə, ideal qarın əzələlərinə sahib olmağın ən sağlam və etibarlı yolu müntəzəm idman, düzgün qidalanma və sağlam həyat tərzinə riayət etməkdir. (demokrat.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin