Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Hazırda oxunan: Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

625547

DÇ-2026-da Argentina millisinin azarkeşlərinə qarşı məhdudiyyətlər tətbiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "La Voz" nəşri xəbər dərc edib.

Argentina azarkeşlərinə dünya çempionatının İngiltərə yığması ilə keçiriləcək yarımfinal oyununda siyasi şüarlardan istifadə etmək qadağan edilib. Xüsusilə, Böyük Britaniyaya məxsus olan və Argentinanın sahillərinə yaxın yerləşən Folklend adalarının (arxipelaqının) mənsubiyyəti ilə bağlı mövzu qadağa altındadır. Argentinada bu adaları Malvin adaları adlandırırlar.
 

"Malvin adalarının Argentinaya məxsus olduğunu bəyan etmək siyasi bir mesajdır və biz zorakılığa səbəb olmamaq üçün bu cür nümayişlərin keçirilməməsi barədə razılığa gəldik", - Argentinanın təhlükəsizlik naziri Alexandra Monteoliva bildirib.


Qeyd edək ki, 1982-ci ildə Argentina və Böyük Britaniya arasında adalar üzərində mülkiyyət hüququ uğrunda hərbi münaqişə baş verib. Bu münaqişə Cənubi Amerika ölkəsinin məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, dünya çempionatının Argentina – İngiltərə yarımfinal matçı iyulun 15-də ABŞ-nin Atlanta şəhərində keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu oyunun qalibi iyulun 19-da keçiriləcək finalda İspaniya millisi ilə qarşılaşacaq. İspanlar yarımfinal oyunda Fransanı 2:0 hesabı ilə məğlub ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin