Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, sərəncama əsasən, Ülkər Şakur qızı İsmayılova icra başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, artıq kollektivə təqdim olunub.
Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
O, həmçinin uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətinin aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək bu istiqamətdə zəngin təcrübə qazanıb.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:25 / 15.07.2026
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO
Hazırda oxunan: Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO
Hazırda oxunan: Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO
625505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































