Daxili İşlər Nazirliyi avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Moderator.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Elmira Dadaşova öz evindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, ötən gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində qeydə alınıb.
Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.
Hadisəni törədən şəxslərin müəyyənləşməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



































































































