PA-nın həbs edilən işçisinə hökm oxunub - Yusif Məmmədəliyev 2 il 6 həbsdə qalacaq
Hazırda oxunan: PA-nın həbs edilən işçisinə hökm oxunub - Yusif Məmmədəliyev 2 il 6 həbsdə qalacaq
30689
Moderator.az-ın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər İdarəsinin Zuğulba İqamətgahının baş məsləhətçisinin həbsi barədə xəbəri mediada böyük rezonansa səbəb olub.
Xatırladaq ki, İşlər İdarəsinin Yusif Məmmədəliyev adlı əməkdaşı Cinayət Məcəlləsinin 228-ci - Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə ittiham olunduğunu yazmışdıq.
Moderator.az-ın bu gün apardığı əlavə araşdırma nəticəsində yeni məlumatlar üzə çıxıb. Məlumata görə, artıq Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Yusif Məmmədəliyevə 2 il 6 ay həbs cəzası verilib..
Əməkdaşımız bununla bağlı hakim Abbas Rzayevlə əlaqə saxlasa da o, sualdan yayınıb.
“Nə danışım, bu barədə heç nə deməyəcəyəm” deyən hakim telefonun dəstəyini asıb və təkrar zəngləri cavabsız qoyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.