Ötən gün yayılan məlumata görə, Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib. Hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş verib.
Bildirilirdi ki, naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən şəxs polisə könüllü təslim olduğu və hadisəni namus üstə törətdiyi də yayılan xəbərlər sırasında idi.
Bu gün qətlə yetirilən Emil Kərimovun ailəsindən Moderator.az-a verilən məlumatda isə iddia olunur ki, hadisə heç də namus üstündə törədilməyib və cinayəti törədən şəxsin ətrafı bu cür informasiyanı ortaya atmaqla cəzasını yüngülləşdirmək üçün cəmiyyəti və istintaq orqanlarını çaşdırmaq niyyəti güdüblər.xa0
Ailədən bildirilir ki, baş vermiş ağır cinayətin üstünün isti izlərlə açılmasına ümid edirlər və günahkarın ən ağır cəza alacağını gözləyirlər.





































































































