Nijni Novqorodda topdansatış meyvə-tərəvəz bazarında Azərbaycan və Tacikistan vətəndaşları arasında kütləvi dava baş verib.
“Qafqazinfo”x9d Rusiya KİV-nə istinadən xəbər verir ki, davada təxminən 150 nəfər iştirak edib. Konfliktə səbəb azərbaycanlı satıcı ilə özbək alıcı arasındakı dava olub. Belə ki, sonuncu avtomobilini azərbaycanlıya aid piştaxtanın qarşısında saxlayıb. Satıcı maşını həmin yerdən uzaqlaşdırmağı tələb edəndə ikili arasında dava başlayıb. Şahidlərin sözlərinə görə, özbək alıcının “azərbaycanlılar arasında kişi yoxdur”x9d deməsi davanın daha da qızışmasına səbəb olub.
Nəticədə azərbaycanlılar alıcını döyərək bazardan qovublar. Növbəti gün özbək qisas almaq üçün bir qrup taciklə qayıdıb. Onlar bazara bir neçə maşınla, üzərlərində daş, armatur çubuqlar və bıçaqlarla gəliblər.xa0
Dava hadisə yerinə polisin gəlməsi ilə başa çatıb.xa0




































































































