Ötən gün yayılan “Bakıda qadına qarşı 405 min dollarlıq dələduzluq edilib”x9d başlıqlı yazıda şair və bəstəkar Tural Bayraməliyevin adı hallanıb. Xəbərdə şou biznesin tanınmış nümayəndəsinin adı Ş.S kimi qeyd olunan xanımı şərikli biznes qurmaq adı ilə aldadıb, 405 min ABŞ dollar pulunu mənimsədiyi bildirilib.
T.Bayraməliyev Oxu.Az-a açıqlamasında, bütün ittihamların əsassız olduğunu bildirdi. O, ittihamlara aydınlıq gətirərkən adıçəkilən qadını tanıdığını inkar etmədi:
“Həmin xanımla uzun illərdir işbirliyimiz var. Onu “Daş-Çınqıl Servis”x9d MMC adlı tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım. Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət edib, “birlikdə nə iş görə bilərik, pul qazanaq?”x9d. Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim.
İki ay öncə yoldaşı ilə gəlib işin gedişatı ilə tanış olub və xeyir-duasını verib. Bir həftə qonağım olub. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə təklifini qırmayıb, ortaqlığa razı oldum".xa0
Tural Bayraməliyev mübahisə predmeti olan “Minnur qida holdinq”x9də məxsus restoranın tikinti işlərinin başa çatmaq üzrə olduğunu da qeyd etdi: "Heç bir problrem yaranmayıb xa0və sənədlər qaydasındadır. Açılışına sayılı günlər qalıb. Həmin xanım hazırda Bakıda deyil. Ünvanıma söylədiyi əsassız fikirlərdən sonra onunla əlaqə saxladım. Dələduzluq ağır ittihamdır. Bunu nəyə əsaslanaraq dediyinin bir sübutu olmalıdır. Lakin o, mənimlə söhbətində heç bir quruma və mətbut işçisinə barəmdə informasiya ötürmədiyini açıqladı. Bütün yazıların əsassız olduğunu bildirdi. Əgər mətbuat orqanları istəsə, xanımla əlaqə saxlayıb, onun firkini də öyrənə bilər. İttihamın nüfuzuma xa0zərər gətirməsini qətiyyən istəmirəm”x9d.
Xəbərdə eyni zamanda, T.Bayraməliyevin əvvəllər Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma maddəsi ilə məhkum olunduğu qeyd olunub. Qarşı tərəf bu iddianı da əsassız saydı:
“Heç bir vergi borcuma görə məhkumluğum olmayıb. Biznes fəaliyyətimdə bütün vergi borclarımı qəpiyinə qədər ödəmişəm. Hər hansı məhkumluqdan söhbət gedə bilməz. Dediyim hər bir sözün arxasında durmağa hazıram”x9d.




































































































