Mübariz Mədətovun 50 minlik seyfini oğurlayanlar saxlanıldı

Hazırda oxunan: Mübariz Mədətovun 50 minlik seyfini oğurlayanlar saxlanıldı

138335
Xəzər Dəniz Gəmiçiliyinin keçmiş sədr müavini Mübariz Mədətovun evindən seyf oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlanıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.

Xatırladaq ki. M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class”x9d markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurub və ailənin iki üzvü vəfat edib. Bundan sonra M.Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin