Azərbaycan daha bir türkiyəli iş adamını axtarır

Hazırda oxunan: Azərbaycan daha bir türkiyəli iş adamını axtarır

122503
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.

Moderator.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, 1971-ci il təvəllüdlü Yalhı Ömər külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Y. Ömər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, ötən gün Azərbaycanda vergidən yayınan daha bir türk iş adamı axtarışa verilib. K. Heyse 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin