Şəmkirdə ər arvadını bıçaqlayıb

Hazırda oxunan: Şəmkirdə ər arvadını bıçaqlayıb

110108

Moerator.az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəsəbə sakini 25 yaşlı Türkan Cəfərova çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Həkimlər dərhal yaralını əməliyyata götürüblər. Xəstənin alın, üz və döş qəfəsi nahiyyələrində bıçaq yaraları aşkar edilib. Cərahiyyə əməliyyatından sonra vəziyyəti orta-ağır qiymətləndirilir. Yaralının müalicəsi davam etdirilir.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Türkan Cəfərova əri ”“ 29 yaşlı Ramin Cəfərov tərəfindən bıçaqlanıb və hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin