Üzərində Trampın şəkli olan pullar buraxıldı

Hazırda oxunan: Üzərində Trampın şəkli olan pullar buraxıldı

634482

ABŞ-də Ağ Ev lideri Donald Trampın təsviri olan 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Zərbxanası öz saytında məlumat yayıb.

Sikkələri qurumun rəsmi saytında da satın almaq mümkündür. Yüz sikkənin qiyməti 154 dollar təşkil edir.
 

Ön tərəfində Trampın təsviri, həmçinin "LIBERTY, IN GOD WE TRUST" və "1776-2026" yazıları yerləşdirilib.


Arxa tərəfində ABŞ-nin Prezident möhürü - zeytun budağı və oxları olan qartal təsvir edilib. Qalxanın üzərində ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə "250" rəqəmi yerləşdirilib. Sikkədə həmçinin "UNITED STATES OF AMERICA, "ONE DOLLAR" və "E PLURIBUS UNUM" yazıları qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin