Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə etdi – FOTO

Hazırda oxunan: Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə etdi – FOTO

634439

Azərbaycan və Türkmənistan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.
 

Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyinin, Miqrasiya xidmətinin, Baş Prokurorluğun rəsmiləri, həmçinin AR-in Daxili İşlər Nazirliyinin rəsmisi, ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.


Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparıblar.

İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin