Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Hazırda oxunan: Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

634424

Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Bizim.Media xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Rusiyadan Ermənistana isə indiyədək Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta göndərilib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin