Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Hazırda oxunan: Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

634476

Ermənistanda Kuçak-Aparan avtomobil yolunda baş vermiş faciəvi yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 11 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə "NEWS.am" müxbirinə Aparan tibb mərkəzinin nümayəndələri məlumat veriblər.

Sürücülərdən biri İrəvana köçürülüb, daha bir yaralının da paytaxta aparılmasına hazırlıq görülür.

Qeyd edək ki, sentyabrın 2-də Kuçak-Aparan avtomobil yolunda "PAZ" və "Opel Zafira" markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər həlak olub. "PAZ" markalı avtobus Artik–İrəvan marşrutu üzrə xidmət göstərirmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin