Moskva ilə Türkiyə arasındakı uçuşlar ləğv edildi

Hazırda oxunan: Moskva ilə Türkiyə arasındakı uçuşlar ləğv edildi

634426

Türkiyənin Pegasus aviaşirkəti Zelenskinin Rusiya hava məkanının təhlükəli olması ilə bağlı xəbərdarlığından sonra Moskva ilə Türkiyə arasında uçuşları ləğv edib.

Bizim.Media Rusiyanın Telegram kanalı olan “Ostorojno Novosti”-ə istinadən xəbər verir ki, Türkiyənin aviaşirkəti Pegasus 2 sentyabrda saat 00:05-də həyata keçirilməsi planlaşdırılan Bodrum–Moskva reyslərindən ən azı birini ləğv edib.

Sərnişinlər bildiriblər ki, onlara bütün Türkiyə aviaşirkətlərinin "hava məkanındakı vəziyyət" səbəbindən uçuşların ləğv edildiyi deyilib.

Aviaşirkətin nümayəndəsi isə vəziyyətlə bağlı “bizi nə gözləyir bilmirik. Türkiyə tərəfi uçuşlara icazə vermir”, deyə açıqlamasını verib.
 

Moskvanın Vnukovo hava limanının uçuş tablosunda “Pegasus”un Moskva–İstanbul istiqamətində iki, Moskva–Bodrum və Moskva–Dalaman istiqamətlərində isə bir-bir reysinin də ləğv edildiyi göstərilib.


Bundan başqa, “Türk Hava Yolları”nın İstanbul istiqamətində ən azı iki reysinin, “Nesma Hava Yolları”nın Şarm əl-Şeyxə və “Şirak Hava Yolları”nın İrəvana bir reysinin gecə və səhər saatlarında ləğv edildiyi bildirilib. Günün sonrakı saatlarında isə “Türk Hava Yolları”nın reyslərində dəyişiklik olmadığı qeyd edilib.

Vnukovo hava limanında təhlükəsizlik səbəbilə sentyabrın 2-nə keçən gecə müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) isə Moskva vaxtı ilə saat 06:00 radələrində məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin