Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

Hazırda oxunan: Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

634475

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilərək "Tramp boğazı" (Trump Strait) qoyulmasını təklif edib. O, bu bölgənin artıq ABŞ-nin nəzarəti altında olduğunu və buna görə də ona yeni ad verilə biləcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
 

"İndi ki biz ABŞ-nin nəzarətini bərqərar etmişik, Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməli deyilikmi??? Amerikanın özü kimi, bura da həmişəkindən daha “isti” olacaq!" – deyə Tramp qeyd edib.


ABŞ Prezidenti paylaşımını bu sözlərlə tamamlayıb:

Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm".

Bundan əvvəl də ABŞ Prezidenti dəfələrlə Hörmüz boğazının xəritələrini dərc edərək, oranı "ABŞ ərazisi" adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin