Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

Hazırda oxunan: Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

634444

Avqustun 29-da Şəkinin dağlıq ərazisində xoşagəlməz hadisə ilə üzləşmiş Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunması ilə bağlı Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.

Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Xüsusilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə çətin dağlıq relyef və qaranlıq hava şəraitində həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində göstərilən ilkin tibbi yardıma görə təşəkkür edirik. Eyni zamanda, Şəki Rayon Mərkəzi Xəstəxanası və paytaxtda yerləşən Yeni Klinika tərəfindən göstərilən tibbi yardımı, peşəkar yanaşmanı və operativ müdaxiləni yüksək qiymətləndiririk", məlumatda deyilir.

Səfirlikdən bildirilib ki, bu hadisə zamanı aidiyyəti qurumların çevik və əlaqələndirilmiş fəaliyyəti Niderland vətəndaşının təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin