Rusiyanın keçmiş prezidenti Berlini bombalamağa çağırdı

Hazırda oxunan: Rusiyanın keçmiş prezidenti Berlini bombalamağa çağırdı

634393

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev Almaniyanın Rusiyanı Leypsiq hava limanındakı PUA insidentində məsuliyyət daşımaqda ittiham etməsinə sərt reaksiya verib. Onun sözlərinə görə, Almaniya rəhbərliyinin "neonasist, qatı rusofob kursunu" nəzərə alaraq, uydurma diversiya onların günahları üçün ən zəif cəza formasıdır.

Bizim.Media xəbər verir ki, Medvedev, həmçinin Almaniyanın hərbi texnika istehsalı müəssisələrinə və "Berlindəki bəzi digər yerlərə" birbaşa zərbələr endirilməsini əlavə edib.

O, Qərb liderlərini "terroru" maliyyələşdirməkdə ittiham edib və onların Kiyevə tez-tez qatarla səfər etdiklərini xatırladıb.

Almaniya hakimiyyəti rəsmən Rusiyanı Leypsiq hava limanında Ukraynanın An-124 yük təyyarəsinə qarşı diversiyada ittiham edib.
 

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri İohann Vadeful bildiriblər ki, cavab olaraq Rusiyanın Bonn şəhərindəki Baş Konsulluğu və Berlindəki "Rus evi" bağlanacaq, həmçinin Rusiya səfiri XİN-ə çağırılıb.


Almaniya hakimiyyəti Rusiya vətəndaşları üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək.

Avropa Komissiyanın rəhbəri Ursula fon der Lyayen Almaniya ilə tam həmrəy olduqlarını bildirib, Aİ-nin xarici işlər nazirlərinin əlavə sanksiyalar hazırlayacağını qeyd edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə "İnterfaks" agentliyinə açıqlamasında Moskvanın bütün "antirusiya qərarlarına" cavab verəcəyini bəyan edib.

Xatırladaq ki, avqustun əvvəlində "Leypsiq-Halle" hava limanında Ukraynanın An-124 təyyarəsinin dayanacağı yaxınlığında əldəqayırma partlayıcı qurğusu olan PUA tapılmışdı. Alman hakimiyyəti bunu Avropadakı hibrid müharibənin bir hissəsi adlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin