Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

Hazırda oxunan: Ukrayna Aİ-dən "Patriot" raketləri üçün milyardlar istəyib

634446

Avropa Komissiyası Ukraynadan "PAC-3 Patriot" hava hücumundan müdafiə raketlərinin alınması üçün bir neçə milyard avro məbləğində maliyyələşdirmə sorğusu alıb. Hazırda Aİ ölkələri bu müraciətə baxırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 

Onun sözlərinə görə, Aİ həmçinin Kiyevlə birlikdə "Freya" adlı birgə HHM sisteminin yaradılması istiqamətində işləyir. Avropa KİV-lərinin məlumatına görə, bu sistemə S-300 kompleksinin elementləri, onun əsasında yaradılmış ələkeçiricilər, eləcə də Avropa radarları və idarəetmə sistemləri daxil olacaq.


Fon der Lyayen və Rutte Almaniyanın Leypsiq hava limanındakı insidentlə bağlı Rusiyaya qarşı irəli sürdüyü ittihamlarını müzakirə edərək Berlini dəstəklədiklərini, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını və Ukraynaya silah tədarükünün davam etdiriləcəyini bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin