İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

Hazırda oxunan: İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

634463

Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin təhdidlərinə cavab olaraq sərt açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə o özünü "X" sosial media hesabında paylaşım edib.

Rzayi ABŞ-yə müraciətində İranın döyüş meydanında, diplomatiyada və iqtisadi mühasirəyə qarşı mübarizədə yeni strategiya həyata keçirdiyini bildirib.

“Bu cür çabalamaqla nəinki özünüz üçün yaratdığınız cəhənnəmin dibindən çıxa bilməyəcəksiniz, əksinə, tezliklə görəcəksiniz ki, İranın döyüş meydanında, diplomatiyada və iqtisadi blokadaya qarşı mübarizədə tətbiq etdiyi yeni strategiya sizin təməlinizi darmadağın edəcək”, – deyə o yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin