İki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq, ABŞ Rusiya Federasiyası ilə əlaqələri saxlamalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə "Fox News Radio" radiostansiyasına müsahibəsində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio bəyan edib.
"Aramızda ola biləcək bütün fikir ayrılıqlarına baxmayaraq, ABŞ çox praktiki nöqteyi-nəzərdən Rusiya ilə əlaqə saxlamaq imkanına malik olmalıdır. Onlar dünyada ikinci ən böyük nüvə arsenalına sahibdirlər. Beləliklə, ABŞ onlarla ünsiyyət qura bilmək imkanını saxlamalıdır", – deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin də Rusiya və ABŞ xüsusi xidmət orqanlarının rəhbərləri arasında birbaşa təmasların qorunub saxlanıldığını bəyan etmişdi.
Bizim.Media




































































































