Ölümün səssiz ünvanları – Yayın acı STATİSTİKASI - CƏDVƏL

Hazırda oxunan: Ölümün səssiz ünvanları – Yayın acı STATİSTİKASI - CƏDVƏL

634030

Cari ilin son 3 ayı ərzində 47 nəfər suda boğulub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin Kiçikhəmcli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.

“İyun, iyul və avqust ayları ərzində nəzarətsiz qeyri-çimərlik ərazilərindən və xüsusən bölgələrimizdə çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən 47 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - deyə açıqlamada qeyd edilib.

Məlumatda suda boğulma hallarının yaşandığı su hövzələri üzrə müvafiq göstəricilər də qeyd edilib.

Ətraflı Bizim.Media-nın hazırladığı cədvəldə:


Qeyd edək ki, bu il sözügedən qurumun xilasediciləri tərəfindən çimərlik mövsümündə 70 nəfər olmaqla ümumilikdə 76 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bildirilib ki, xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin