Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların SAYI

Hazırda oxunan: Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların SAYI

634419

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüblər.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar liseyi və G.Əsgərova adına məktəb-lisey kompleksinin məzunları qızıl nişanla təltif ediliblər.
 

Həmçinin 17, 26, 157, 189-190, 281 nömrəli tam orta ümumtəhsil məktəblərinin, 20, 220 və 264 nömrəli məktəb-liseylərin, 2 nömrəli texniki-humanitar liseyi, 291 nömrəli ekologiya liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya və biologiya təmayüllü respublika liseyi, Texniki-humanitar lisey, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, G.Əsgərova adına məktəb-lisey kompleksi və Elitar gimnaziyanın məzunları isə gümüş nişana layiq görülüblər.


Qeyd olunub ki, qızıl və gümüş nişana layiq görülmüş məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin