Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Hazırda oxunan: Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

634430

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.
 

Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Şagirdlər üçün avtomatik sorğular yaradılmışdır. Hər bir şagird şəxsi kabinetindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.


Sənədlərin (şəxsi işlərin) 7 sentyabr saat 12:00-dək təhsil müəssisəsinə təqdim edilməlidir. 2 sentyabr tarixindən etibarən qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək.

Qeyd olunub ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək. Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin