Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

Hazırda oxunan: Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır – VİDEO

623527

Hər həftəsonu avtomobil bazarında müəyyən canlanma müşahidə olunsa da, son aylarda bazarda nəzərəçarpacaq durğunluq hökm sürür.

Bizim.Media “Baku TV”yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, bunun əsas səbəbi alıcıların elektrik mühərrikli avtomobillərə üstünlük verməsidir.

Bazarda aparılan müşahidələr və satıcılarla söhbətlər zamanı bildirilib ki, hazırda təklif çox, alıcı isə azdır.

Bəzi satıcılar avtomobillərini artıq bir neçə həftədir bazara çıxarsalar da, hələ də sata bilmədiklərini deyirlər. Xüsusilə, irimühərrikli benzinlə işləyən avtomobillərə maraq kəskin azalıb.
 

Alıcılar daha çox qiyməti 13-15 min manat arasında olan, kiçik və ortamühərrikli avtomobillərə üstünlük verirlər. Lakin bu qiymət aralığında seçim imkanları məhduddur.


Satıcıların sözlərinə görə, paytaxtdakı tıxaclar və yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil, xüsusilə, elektrik mühərrikli avtomobillərə yönəldir.

Bazara gələn alıcıların əksəriyyətini isə bölgələrdən gələn vətəndaşlar təşkil edir. Nəticədə, avtomobil bazarında müşahidə olunan durğunluq bu həftə də davam edir.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin